Accessibility links

İran ABŞ-ın ona "psixoloji müharibə" elan etdiyini deyir


Ramin Mehmanpərəst
Ramin Mehmanpərəst

İran Birləşmiş Ştatların hökuməti və banklarını hədəf alan sanksiyaları rədd edərək, bunun "psixoloji müharibə" olduğunu deyib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu gün deyib ki, ölkəsinin Birləşmiş Ştatlarla heç bir maliyyə əlaqəsi yoxdur və belə sanksiyaların İranın öz məqsədlərinə çatmasına təsiri olmayacaq.

"Bu propaqanda psixiloji müharibə atmosferində həyata keçirilir. Bu hərəkətlərin çoxu bizim başqa ölkələrlə münasibətlərimizə xələl gətirə bilməz," deyə sözçü bildirib.

Cənab Mehmanpərəst bu bəyanatla Birləşmiş Ştatlar prezidenti Barak Obamanın ABŞ banklarına İran hökumətinin bütün aktivlərinin dondurulması haqda göstərişindən sonra çıxış edib.

Son həftələrdə Tehranın uran zənginləşdirməsini dayandırması məqsədilə ABŞ və Avropa İttifaqı İranın mərkəzi bankı və neft sənayesinə qarşı təzyiqləri gücləndiriblər.





XS
SM
MD
LG