Accessibility links

Ekspertlər sanksiyaların İran iqtisadiyyatını zəiflətdiyini deyir

  • Amerikanın səsi

Ekspertlər sanksiyaların İran iqtisadiyyatını zəiflətdiyini deyir

Ekspertlər sanksiyaların İran iqtisadiyyatını zəiflətdiyini deyir

Reuters xəbər agentliyinə istinadən İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalar ölkədə iqtisadiyyatın zəifləməsi, inflyasiyanın artması və valyutanın dəyərdən düşməsinə gətirib çıxarıb. Lakin bütün bunlar Tehranın nüvə ambisiyalarının qarşısını almaya bilər. Sanksiyalar İran iqtisadiyyatının bəzi sahələrinə böyük təsir göstərməyib.

Ödəmə prosesində problem olduğundan İran gəmiləri son günlər Ukrayna taxılının idxalını dayandırıb. Birləşmiş Ərəb Əmirliyi ölkə banklarına İranın Dubayla ticarətini maliyyələşdirməyi dayandırmasını istəyib.

Lakin ekspertlərin fikrincə, başqa ölkələrdə sanksiyaların tarixi və İranın fərqli və nisbətən özünə güvənən iqtisadiyyatı olduğu nəzərə alınsa, Tehran istehsal etdiyi böyük həcmdə nefti üçün istehlakçı tapa bilsə ölkə sanksiyaların təsirini az hiss edə bilər.

XS
SM
MD
LG