Accessibility links

İran BMT ilə əməkdaşlığa hazır olduğunu deyir

  • Amerikanın səsi

İran BMT ilə əməkdaşlığa hazır olduğunu deyir

İran BMT ilə əməkdaşlığa hazır olduğunu deyir

İranın xarici işlər naziri deyir ki, onun ölkəsi BMT müfəttişləri ilə əməkdaşlıq etməyə hazırdır, amma bunun üçün şərt olaraq təşklilat İranın nüvə proqramı ilə bağlı təhqiqatına son qoymalıdır.

Əli Əkbər Salehi deyib ki, həm İran həm də Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bir masa arxasına əyləşməli və işləri davam etdirməyin yeni mexanimzini tapmalıdırlar.

O, bu bəyanatı BAEA-nın rəhbəri Yukio Amano ilə görüşdən sonra verib. Qurum Salehin bəyanatını şərh etməyib.

ABŞ və Qərb dövlətləri İranın gizlində atom bombası inkişaf etdirdiyinə inanırlar və İslam Respublikasına qarşı sanksiyalar tətbiq ediblər.

XS
SM
MD
LG