Accessibility links

İran səfirliyi baş qərargah rəisinin dediklərini təkzib edib


İran səfirliyi baş qərargah rəisinin dediklərini təkzib edib

İran səfirliyi baş qərargah rəisinin dediklərini təkzib edib

İran səfirliyi sözügedən çıxışın cənab Firuzabadiyə aidiyyəti olmadığını bildirir.. Amma, eyni bəyanatı İranın bütün nüfuzlu media orqanları yayıb.

İranın Azərbaycandakı səfirliyi İran Xarici İşlər nazirinin göstərişinə əsasən bu ölkənin Silahlı Qüvvələri Baş Qərargahının rəisi Həsən Firuzabadinin söylədiklərinə dair yayılan xəbərləri təkzib edib.

İran səfirliyinin yaydığı məlumatda deyilir ki, sözügedən çıxışın cənab Firuzabadiyə aidiyyəti yoxdur və yayılan xəbərlər medianın anlaşılmazlığının nəticəsidir.

Xatırladaq ki, Həsən Firuzabadinin Azərbaycan əleyhinə hədələyici bəyanatını İranın əksər media orqanları, o cümlədən Fars, Mehr agentlikləri demək olar ki, eyni mətnlərlə dərc edib.

XS
SM
MD
LG