Accessibility links

Rusiyanın Milli Təhlükəsizlik Şurasının rəhbəri İran rəsmiləri ilə müzakirələr keçirir


Rusiyanın Milli Təhlükəsizlik Şurasının rəhbəri İran rəsmiləri ilə müzakirələr keçirir

Rusiyanın Milli Təhlükəsizlik Şurasının rəhbəri İran rəsmiləri ilə müzakirələr keçirir

İran mətbuatının yazdığına görə, Rusiyanın Milli Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev İran rəsmiləri ilə nüvə proqramına dair müzakirələr keçirir. İranlı həmkarı Səid Cəlili ilə görüşən Patruşev iki günlük səfəri çərçivəsində İranın digər rəsmiləri ilə də müzakirələr keçirməlidir.

Rusiya İranla Qərb arasında nüvə müzakirələrinin bərpa edilməsinə çalışır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçən ay BMT-nin nüvə agentliyinin narahatlıqlarını İrana çatdırmışdı. Təklifə cavab olaraq İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin nüvə mübahisələrini həll etməyə hazır olduunu, lakin bunun müqabilində Qərbin də qarşılıqlı addımlar atmalı olduğunu demişdi.

XS
SM
MD
LG