Accessibility links

İranla Şimali Koreyanın bərabər nüvə silahı istehsalına dair dəlillər var (audio)

  • Amerikanın səsi

İranla Şimali Koreyanın bərabər nüvə silahı istehsalına dair dəlillər var (audio)

İranla Şimali Koreyanın bərabər nüvə silahı istehsalına dair dəlillər var (audio)

Şimal-şərqi Asiyanın xəbər agentliyi İran və Şimali Koreya arasında atom bombası inşasına dair ehtimal edilən əməkdaşlıq barədə məlumat yayıb.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi və Kəşfiyyat xidməti Pxenyanın atom istehsalı səylərini İranla əlaqələndirən yeni məlumata dair izahat verə bilməyəcəklərini bildiriblər.

Şimali Koreyanın nüvə proqramını monitorinq etməzdən əvvəl məsələni nəzərdən keçirən agentliyin rəsmiləri son günlər diplomatlardan sızması ehtimal edilən iddiaların məxfi məlumatlara əsaslandığını deyib.

İddialar ötən çərşənbə günü Beynəlxalq Atom Enerji Agentliyi (BAEA) tərəfindən çıxan məlumatın ardınca yayılıb. İran nüvə proqramının təfsilatını hərtərəfli yoxlayan BAEA bildirib ki, İranın 2003-cü ildən bəri davamlı və xəlvət nüvə silahı istehsalı səylərinə dair dəlillər var. Bu dəlillər İranın yalnız enerji və tibbi tədqiqatlar məqsədi ilə nüvə elementlərindən istifadə etmədiyinə dair təxminləri sübut edir.

İranla Şimali Koreyanın bərabər nüvə silahı istehsalına dair dəlillər var (audio)

İranla Şimali Koreyanın bərabər nüvə silahı istehsalına dair dəlillər var (audio)

Cümə günü BMT təhqiqatçıları BAEA nizamlayacılardan ibarət heyyətinin 35 dövlətdən olan üzvləri qarşısında fərdi texnoloji təqdimat keçirib. O, zamandan Cənubi Koreya mətbuatı diplomatlara anonim şəkildə istinad edərək yüzlərlə Şimali Koreya alim və mühəndislərinin İranda nüvə və raket istehsal edilən müəssisələrdə çalışıdıqlarına dair məlumat yayıb.

Yapon qəzeti bildirib ki, şimali koreyalıların ziyarət etdikləri iran təhqiqat mərkəzlərinin üçü nüvə silahının işə salınmasını simulyasiya etmək üçün təhqiqat mərkəzləridir.

ABŞ ordusu və kəşfiyyat agentliyi üçün təhqiqat və analiz keçirən Rand korporasiyasında müdafiə analitiki Bryus Benet bildirib ki, mütəxəssislər illər uzunu bu əməkdaşlığın mövcudluğundan şübhələnirdi.

Bryus Benet: “İranlıların Şimali Koreyada nüvə silahını sınaqdan keçirməsi barədə məlumatlar var idi. Əgər həqiqətən iki ölkə arasında məlumat bölüşülürsə, onda məsələ olduqca təhlükəlidir. Ona görə ki, Şimali Koreyanın nüvə proqramı İrandan olduqca irəlidədir və biz İrana nüvə silahının istehsalında yardım edilməsini istəmirik.”

İranla Şimali Koreyanın bərabər nüvə silahı istehsalına dair dəlillər var (audio)

İranla Şimali Koreyanın bərabər nüvə silahı istehsalına dair dəlillər var (audio)

Benet deyir ki, beynəlxalq ictimayyət Şimali Koreya ilə İran arasında nüvə əlaqəsinə daha çox diqqət yetirməlidir.

Bryus Benet: “Lakin bunun qarşısını almaq və ya prosesi ləngitmək çətin olacaq. İnsanlar bizim onların qarşısını ala bilməyəcəyimiz yerlərdən İrana daxil ola bilirlər.”

Cənubi Koreya mətbuatı deyir ki, şimali koreyalılar İrana Rusiya və Çin kimi ölkələrdən xəlvət keçə bilir. Şimali koreyalılar deyilənə görə İranın 10 nüvə və raket obyektlərində çalışır və güman ki, bir neçə aydan bir əvəz edilir.

Benet Şimali Koreyanı nüvə silahına malik olan ölkə kimi xarakterizə edilməsinin səhv olduğunu deyir. Ona görə ki, Şimali Koreya 2006- 2009-cu illərdə nüvə qurğularından başqa işləyən nüvə bombası nümayiş etdirməyib.

XS
SM
MD
LG