Accessibility links

İranın dini lideri hədələyici çıxış edib


İranın dini lideri hədələyici çıxış edib
İranın dini lideri hədələyici çıxış edib

Əli Xamneyi deyib ki, İrana təcavüz fikrində olan hər kəs özünü İran xalqının polad yumruğu üçün hazırlamalıdır.

Noyabrın 10-u Tehranda Zabitlər Universitetinin kollektivi ilə görüşən İranın dini lideri ayətullah Əli Xamneyi ABŞ və İsrailə qarşı sərt bəyanatlar səsləndirib.

“Media forum” saytının məlumatına görə, Xamneyi deyib: “İran xalqı içindən çürümüş Qərb ölkələrinin puç təhdidləri qarşısında sakit oturub baxası deyil. Düşmənlər, o sıradan da Amerika və onun əlaltıları, həmçinin sionist rejim bilməlidir ki, İran xalqının heç bir ölkə və ya xalqa qarşı təcavüz fikri yoxdur. Lakin hücuma məruz qalacağı təqdirdə cavabı çox sərt olacaq. İran İslam Respublikasına təcavüz fikrində olan hər kəs özünü “Sepah”ın, ordunun və “Bəsic” qüvvələrinin, böyük İran xalqının polad yumruğu üçün hazırlamalıdır”.

XS
SM
MD
LG