Accessibility links

Ərəb Liqası: "Snayperlər Suriyada hələ də hədə mənbəyi olaraq qalır"


Ərəb Liqası: "Snayperlər Suriyada hələ də hədə mənbəyi olaraq qalır"
Ərəb Liqası: "Snayperlər Suriyada hələ də hədə mənbəyi olaraq qalır"

Ərəb Liqasının rəhbərinin sözlərinə görə, liqanın müşahidəçilərinin ölkədə olmasına baxmayaraq, snayperlər və atışmalar Suriyada hələ də hədə mənbəyi olaraq qalır.

Qahirədə danışan Nabil Əl Ərəbi Suriyada təcili atəşkəsə çağırıb. O deyib ki, Suriya ordusu mərkəzi şəhərlərdən çıxsa da, snayperlər insanları öldürməyə davam edir və bu da kimin kimə atəş açmasını müəyyən etməyi çətinləşdirir.

Ərəb Liqası öz müşahidəçilərini Suriyaya göndərib. Məqsəd hökumət əleydarı nümayişçilərə qarşı 9 aydır davam edən zorakılıqlara son qoymaqdır.

XS
SM
MD
LG