Accessibility links

Ərəb Liqasının rəhbəri Suriyadakı zorakılıqlardan narazıdır (Yenilənib)

  • Amerikanın səsi

Ərəb Liqasının rəhbəri Suriyadakı zorakılıqlardan narazıdır (Yenilənib)

Ərəb Liqasının rəhbəri Suriyadakı zorakılıqlardan narazıdır (Yenilənib)

Ərəb Liqasının rəhbəri Nabil Ələrabi hökumət qüvvələrinin snayperlərdən istifadə etməsindən narahatlığını ifadə edərək həmin ölkədə dərhal atəşkəsə çağırıb.

Suriya təhlükəsizlik qüvvələri dünən ən azı 7 etirazçını öldürməsindən sonra Ərəb Liqasının tövsiyəçi qrupu həmin ölkəyə göndərilmiş müşahidəçi qrupunun geri çağırılmasını tələb edib. Ərəb Parlamenti müşahidəçi qrupun hökumət qüvvələrinin mülki vətəndaşları qətlə yetirmələrinin qarşısını ala bilmədiyini deyib.

Prezident Bəşar Əl-Əsədə sadiq qüvvələr dörd nəfəri Dəməşq yaxınlığındakı Daria şəhərində, qalanlarını isə Homs şəhərində öldürüblər. Fəallar müşahidəçilər missiyaya başladıqdan bəri son bir həftə ərzində 150 nəfərin öldürüldüyünü bildirib.

88 üzvlük Ərəb Parlamenti Suriya hökumət qüvvələrinin mülki vətəndaşları, o cümlədən uşaqları hədəf aldığını bildirib. Spiker Əli Əl-Salem Əl-Dekbas zorakılıqların davam etməsini əsas gətirərək monitorların dərhal Suriyadan çıxarılmasına səsləyib.

XS
SM
MD
LG