Accessibility links

Respublikaçılar prezident debatında vergi planını müzakirə etdilər


Respublikaçılar prezident debatında vergi planını müzakirə etdilər
Respublikaçılar prezident debatında vergi planını müzakirə etdilər

Nevadada keçirilən partiyadaxili debatda Respublikaçı Herman Keyn vergi islahatları planı ilə bağlı hücumlara məruz qalıb. Sabiq pizza şirkətinin prezidenti məşhur 9-9-9 vergi planına görə ictimai diqqət cəlb edib ki, bu plan korporativ, şəxsi mədaxil və satış vergilərini eyni səviyyəyə endirməyi nəzərdə tutur.

"Mənim planım ona görə hücuma məruz qalır ki, lobbiçilər, siyasətçilər və mühasiblər hazırkı vergi kodunu ləğv etmək və onu sadə və ədalətli sistemlə əvəzləmək istəmirlər," deyə cənab Keyn bildirib.

Mormon etiqadına görə suallarla üzləşmiş sabiq Massaçusets qubernatoru Mitt Romni dini baxışlarını müdafiə edərək amerikalıların prezidenti dininə görə yox, siyasi baxşlarına görə seçdiyini bildirib.

CNN telekanalının keçirdiyi rəy sorğusuna əsasən Romni hazırda prezidentliyə Respublikaçı iddialılar arasında nisbətən ən çox dəstəyə malikdir.

XS
SM
MD
LG