Accessibility links

Eldar Sabiroğlunun oğlunun iş otağında və evində axtarış aparılıb


Rüfət Səfərov
Rüfət Səfərov

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Eldar Sabiroğlunun Zərdab rayon Prokuoroluğunda müstəniq vəzifəsindən istefa verərək müxalif mövqeyə keçdiyini bəyan edən oğlu Rüfət Səfəfrovun iş otağında və yaşadığı evdə axtarış aparılıb.

Rüfət Səfərov musavat.com saytına bildirib ki, 2 saat bundan əvvəl xidməti otağında olarkən Baş Prokurorluğun 3 əməkdaşı, eləcə dəZərdab rayon polis şöbəsinin rəisi onun otağına daxil olub.

“Sənədləri, kompüteri götürəcəklərini dedilər. Dedim şəxsi kompüterimdir, niyə götürürsüz? Dedilər, biz bilmək istəyirik ki, orda nəsə varmı, bundan istifadə edə bilərsən. Çaş-baş qaldım. Kompüterimi götürdülər. Özlərinə də dedim ki, indi 21-ci əsrdir, kompüter əsridir. Hansısa hakerin vasitəsilə İŞİD-in terrorist üzvü kimi qələmə verə bilərlər məni.

Daha sonra onun telefonlarına baxış keçiriblər. SMS-lərimi, zənglərimin siyahısını araşdırdılar. Onlara iradımı bildirdim ki, yoldaşımla yazışmalarıma niyə baxdız? Sonradan evimə gəldilər. Otaqlara girib başqa kompüter axtarmağa başladılar. Yataq otağına qədər girib baxdılar. Mən onlarla burda hüququn dili ilə danışa bilmədim”.

R.Səfərov hesab edir ki, bu əməliyyat səbəbsiz deyil. “Sənədləri götürdülər. Baza toplayıb, cinayət təqibini həyata keçirmək istəyirlər. Sabah ölkə prezidentinə, İlham Əliyevə bu qanunsuzluqlar barədə müraciət edəcəyəm”.

Rəsmi qurumlar Rüfət Səfərovun bu bəyanatına hələ münasibət bildirməyib.

Bunlar Eldar Sabiroğlunun Prezident Administrasiyasının rəhbərini sərt tənqidindən sonraya təsadüf edir. O tənqidi fikirlərindən sonra kəskin təönqid və hətta təhqirlərlə qarşılaşdığını bildirib. Oğlu Rüfət Səfərov isə dünən bəyanatla çıxış edərək ədalətsizliyə etiraz olaraq istefa verdiyini və müxalif mövqeyə keçdiyini bildirib.

Eldar Sabiroğlu oğluna qarşı haqsızlıqlara son qoyulması xahişi ilə ölkə prezidentinə müraciət edib.

“Hörmətli cənab prezident, sizdən xahiş edirəm, bu qeyri- qanuni işləri törədənlərin qarşısı alınsın. Mən övladım Rüfətin seçdiyi yolu bəyənmirəm və bir daha təkrar edirəm ki, o, düzgün yolla getmədi. Ancaq indi nə baş verib ki, sanki oğlumu həbs etmək istəyirlər. Bəlkə başqa cinayətləri var, biz bilmirik? Mümkündür ki, onun müsadirə edilmiş telefonlarına, kompüterinə nəsə köçürsünlər və elə onunla bağlı da oğlumu mühakimə etsinlər. Oğlumun mənimlə danışmasına imkan vermədilər, telefonu əlindən alıb danışığımızı yarıda qoydular”, Sabiroğlu qeyd edir.

XS
SM
MD
LG