Accessibility links

Rusiya rəsmilərini oğurluqda ittiham edən vəkil həbsxanada keçinib


Rusiya rəsmilərini oğurluqda ittiham edən vəkil həbsxanada keçinib
Rusiya rəsmilərini oğurluqda ittiham edən vəkil həbsxanada keçinib

Rusiya təhqiqatçıları belə nəticəyə gəliblər ki, həbsə alınan vəkil küllü miqdarda vergi fırıldaqçılığı ilə bağlı məsələnin üstünü açdıqdan sonra həbsxanada tibbi müalicənin kifayət qədər olmaması üzündən keçinib.

Federal təhqiqatlar komitəsi bu gün ilk dəfə olaraq 2009-cu ildə 37 yaşlı Sergey Maqnitskinin ölümünə tibbi yardımın göstərilməməsinin bilavasitə səbəb olduğunu açıqlayıb.

Sergey Maqnitski mədəaltı vəzisi müalicə olunmadıqdan sonra həbsxanada infarkt səbəbi ilə dünyasını dəyişib.

Londonda yerləşən maliyyə fondunda işləyən Maqnitski Daxili İşlər Nazirliyinin rəsmiləri tərəfindən həbs edilmişdi. O, rəsmiləri hökumətə aid 230 milyon dollar pulu mənimsəməkdə ittiham edirdi.

XS
SM
MD
LG