Accessibility links

Prezident Medvedev Rusiya XİN-ə ABŞ-ın Maqnitskinin işi ilə bağlı sanksiyalarına cavab hazırlamağı tapşırıb


Sergey Maqnitski
Sergey Maqnitski

Rusiyanın xəbər agentliklərinin verdiyi məlumata görə, prezident Dmitri Medvedev Xarici İşlər nazirliyinə ABŞ-ın Sergey Maqnitskinin həbsdə ölümünə görə məsuliyyət daşıdığı deyilən Rusiya rəsmiləri üçün viza məhdiyyətləriqoyulması addımına cavab hazırlamağı tapşırıb.

İnterfaks agentliyi xəbər verir ki, cənab Medvedev nazirliyə ABŞ vətəndaşlarına qarşı eyni ölçülərin tətbiq edilməsi haqda sərəncam verib. İnterfaks Xarici İşlər nazirliyinin rəsmilərinə istinadən xəbər verir ki, ABŞ-ın addımı günahsızlıq prezumpsiyasının pozulması deməkdir. Xarici İşlər nazirliyi çərşənbə günü bildirib ki, belə qeyri-dost addımlar cavabsız qalmayacaq və nazirlik xarici ölkələr tərəfindən atılmış addımlara qarşı eyni ölçülər götürməyə söz verib. ABŞ Dövlət Departamenti Maqnitskinin ölümülə bağlı adı hallanan onlarla Rusiya rəsmisinin Birləşmiş Ştatlara səfərlərinə məhdudiyyətlər qoyub.

XS
SM
MD
LG