Accessibility links

Məhkəmə Şirin Abbasovu həbsdə saxlayıb [Vəkil Elçin Sadıqovla müsahibə]


Şirin Abbasov

Şirin Abbasov

Jurnalist məhkəmənin qərarını qəbul etmir

Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Şirin Abbasovun şikayətini təmin etməyib, jurnalist barəsində Yasamal rayon Məhkəməıinin 30 sutka inzibati həbs qərarı qüvvədə saxlanılıb. Prosesə hakim Həsən Əhmədov sədrlik edib.

Meydan televiziyası ilə əməkdaşlıq edən Şirin Abbasov sentyabrın 16-da Bakı Dövlət Universitetinə dərsə gedərkən saxlanıb. Onu Yasamal rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə ictimai yerdə xırda xuliqanlıq etməkdə təqsirli bilib və 30 sutka həbs cəzası verib.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib ki, oktyabrın 12-də keçirilən prosesdə hakim apellyasiya şikayətinin təmin edilməməsinin səbəblərini izah etməyib. “Hakim sadəcə qərarın nəticə hissəsini oxudu”, o qeyd edib.

Məhkəmədə Şirin Abbasov bildirib ki, ümumiyyyətlə söyüş söyməyib, zərəçəkmiş şəxs qismində təqdim olunan şəxsi görməyib və tanımır.O deyib ki, hər hansı qanun pozuntusu törətməyib və məhkəmənin qərarını qəbul etmir.

“Universitetə dərsə gedərkən polislər mənə yaxınlaşdılar. Bilirdim ki, Meydan TV ilə əməkdaşlıq etdiyimə görə həbs olunacam və ona görə də qaçmağa cəhd etdim”, o qeyd edib.

Vəkil də məhkəmənin qərarını qanunsuz və əsassız sayır.

“Şirin Abbasov hər hamsı inzibati xəta törətməyib. Abbasovun İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsini (xırda xuliqanlıq) törətməməsi məhkəmənin qərarının özündə də təkzib olunur. Zərərçəkmiş şəxs deyir ki, jurnalist onu söyürmüş, amma əməliyyatçılar deyir ki, Abbasov ünvansız söyüşlər söyürdü. Onlar bir-birini təkizb edir. Bu isə jurnalistin hər hansı inzibati xəta törətməməsinə sübutdur”.

Elçin Sadıqov məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini bildirib.

XS
SM
MD
LG