Accessibility links

Nils Mujnieks : Azərbaycan beynəlxalq öhdəliklərinə əməl etmir


Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

Avropa Şurası insan haqları komissarı bəyanatla çıxış edib

Avropa Şurası insan haqları komissarı Nils Muyjnieks bəyanatla çıxış edərək Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına son təzyiqləri pisləyib.

“Rəsul Cəfərovun həbsi və Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulması Azərbaycanda kriminal ittihamlardan insan haqları müdafiəçilərinə qarşı vasitə kimi istifadə olunmasına daha bir illüstrasiyadır.

Bu faktlar hüquq müdafiəçisi Leyla Yunusun həbsindən və onun həyat yoldaşı Aruf Yunusa qarşı cinayət təqiblərindən sonra baş verib.

"Azərbaycan öz beynəlxalq öhdəliklərinə - ifadə, toplaşmaq və birləşmək azadlığına əməl etmir. Hakimiyyət vəziyyəti yaxşılığa doğru dəyişməlidir və ilk növbədə ifadə azadlığına görə həbs olunanlar azadlığa buraxılmalıdır”, bəyanatda vurğulanır.

Mujnieks bildirib ki, o öz narahatlıqlarını Azərbaycan hakimiyyəti qarşısında qaldırmaqda davam edəcək.

“Bunlar onun Azərbaycanda insan haqlarının vəziyyəti barədə hesabtının və müşahidələrinin davamı olacaq”, sənəddə deyilir.

XS
SM
MD
LG