Accessibility links

İnsan Haqları Evi hüquq müdafiəçilərini və siyasi fəalları azad etməyə çağırır


 Varşavada Azərbaycanda siyasi məhbuslarla bağlı səssiz aksiya keçirilib

Varşavada Azərbaycanda siyasi məhbuslarla bağlı səssiz aksiya keçirilib

“Biz Azərbaycan da daxil olmaqla ATƏT-in regionunun müxtəlif ölkələrində - Rusya Federasiyası və Belarusda insan haqqları müdafiəçilərinin həbsini, o cümlədən birləşmək azadlğının, tənqidi səslərin boğulmasını qınayırıq”. Bu barədə İnsan Haqları Evi Fondununun (HRHF) yaydığı bəyanatda deyilib.

Bəyanatda xatırladılır ki, 2011-ci ildən bəri Azərbaycan hökuməti fundamental hüquqları, - birləşmək azadlığını pozan, müstəqil vətəndaş cəmiyyətinin liderlərini repressiyalara məruz qoyan, QHT-in fəaliyyətini məhdudlaşdıran bir sıra qanunvericilik müddəaları qəbul edib.

“Biz bir daha qanunsuz əsaslarla saxlanılan hüquq müdafiəçiləri Leyla Yunusu, Arif Yunusu, Rəsul Cəfərovu, İntiqam Əliyevi, Anar Məmmədlini və Bəşir Süleymanlını, eləcə də digərlərini dərhal azad etməyə çağırırıq. Bu həəbslər beynəlxalq öhdəliklərin və birləşmək azadlığı hüququnun pozulmasıdır“, deyə bəyanatda deyilir.

Aksiya barədə Amerikanın Səsinə məlumat verən İnsan Haqları Evinin əməkdaşı Anna Innocenti bildirib ki, bu aksiya tədbirdə iştirak edənlərin böyük marağına səbəb olub.

Hər kəs foto çəkib və sosial şəbəkədə (twitterdə) məlumat bölüşüblər.

“Norveç dərhal reaksiya verərək, Azərbaycan hökumətini insan haqqları müdafiəçilərinin və fəallarının repressiv həbslərini iqnor etməməyə və ölkəsində nə baş verdiyinə diqqət etməyə çağırıb”, deyə A.İnnocenti bildirib.

Tədbirdə iştirak edənlər isə Azərbaycan hakimiyyətini təmsil edənlər isə bildirib ki, QHT nümayəndlərinin həbsi siyasi motivli deyil və burada Azərbaycanı tənqid edənlər heç vaxt Azərbaycanda olmayıblar.

Sentyabrın 23-də Polşanın Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkil etdiyi zirvə toplantısında Azərbaycanda siyasi məhbuslarla bağlı səssiz aksiya keçirilib.

40 yaxın aksiya iştirakçısı üzərində Azərbaycanda həbs olunun siyasi fəalların və hüquq müdafiəçilərin şəkilləri olan köynəklər geyinib.

XS
SM
MD
LG