Accessibility links

Londonda siyasi məhbuslara dəstək üçün yüz şam yandırılıb


Foto İnsan hüquqları vəkili Ramute Remezaite-nin facebook səhifəsindən götürülüb

Foto İnsan hüquqları vəkili Ramute Remezaite-nin facebook səhifəsindən götürülüb

Noyabrın 17-də Azərbaycanın Avropa ölkələrindəki səfirlikləri qarşısında siyasi məhbuslara azadlıq tələbi ilə aksiyalar keçirilib

Noyabrın 17-də Azərbaycanın Londandakı səfirliyi qarşısında beynəlxalq qurumların təmsilçiləri Platform (Platform - activism, education and the arts) və Index on Censorship təşkilatları aksiya keçirib.

Bu barədə insan hüquqları üzrə vəkil Ramute Remezaite facebook səhifəsində yazıb.

Foto İnsan hüquqları vəkili Ramute Remezaite-nin facebook səhifəsindən götürülüb

Foto İnsan hüquqları vəkili Ramute Remezaite-nin facebook səhifəsindən götürülüb

“Bu gün Londonda Azərbaycandakı yüz siyasi məhbus adına yüz şam yandırdıq. Dostlarım İntiqam Əliyev, Rəsul Cəfərov, Emin Hüseynov və Anar Məmmədli də onların arasındadır. Bu aksiyalar bütün Avropada təşkil olunur. Britaniya polisi əla davrandı – bizə “yaxşı etiraz aksiyası” arzuladı və səfirliyin bizi küçənin o tayına keçirmək xahişinə məhəl qoymadı. Belə bir etiraz heç vaxt Bakıda baş tutmazdı – hamımızı həbs edərdilər. Və əlbəttə ki, kamera ilə bir əcnəbi fotolarımızı çəkdi - bu, həmişəki kimi azərbaycanlıların işidir.”

Eyni zamanda noyabrın 17-də Azərbaycanın bir sıra Avropa ölkələrindəki səfirlikləri qarşısında ölkədəki siyasi məhbuslara azadlıq tələbi ilə aksiyalar keçirilib.

Belə ki, noyabrın 17-də Azərbaycanın Belçikadakı səfirliyi qarşısında da piket keçirilib. Beynəlxalq qurumların təmsilçiləri siyasi məhbuslara və həbs edilmiş hüquq müdafiəçilərinə azadlıq tələb ediblər.

Etirazçılar həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunusun, Rəsul Cəfərovun, İntiqam Əliyevin və başqalarının portretlərini qaldırıblar.

XS
SM
MD
LG