Accessibility links

İlqar Məmmədov cəzaçəkmə müəssisəsinin tibbi məntəqəsinə yerləşdirilib


İlqar Məmmədov

İlqar Məmmədov

Bu barədə ReAl Hərəkatı İlqar Məmmədovla bağlı açıqlama yayıb

ReAl Hərəkatı İlqar Məmmədovla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, ReAl Hərəkatının sədri, prezidentliyə keçmiş namizəd İlqar Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsinin tibbi məntəqəsinə yerləşdirilib.

"İlqar Məmmədovun xəstələnməsi barədə vəkili Fuad Ağayev noyabrın 12-də məlumat vermişdi. Ancaq son üç gündə İlqar Məmmədovun səhhəti barədə heç bir məlumat yoxdur. Bu gün əldə etdiyimiz məlumata görə İlqar Məmmədov tibbi məntəqəyə yerləşdirilib".

"Yaranmış vəziyyətlə əlaqədar ReAL Hərəkatının İdarə Heyət ombudsmandan və humanitar missiyasını nəzərə alaraq Qırmızı Xaç Komitəsindən nümayəndələrini İlqar Məmmədovun yanına göndərməsini, onun durumu barədə ictimaiyyətə və yaxınlarına məlumat verməsini xahiş edir", açıqlamada qeyd edilir.

17 mart 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxs barəsində hökm verib. ReAL Hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha 8 nəfər 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bir o qədər müttəhim şərti cəza alıb.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İlqar Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İ.Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

2014-cü ilin iyunun Şəki Apellyasiya Məhkəməsi Məmmədov barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Amnesty İnternational İlqar Məmmədovu “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG