Accessibility links

BQXK-nin siyasi məhbusların sağlamlıq durumunu nəzarətə götürməsi xahiş edilir


Siyasi məhbuslar (plakat)

Siyasi məhbuslar (plakat)

Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi Beynəlxalq Qırmızı Xaç Komitəsini Leyla Yunusa və digər xəstə siyasi məhbuslara baş çəkməyə, habelə onların sağlamlıq vəziyyətini nəzarət altına götürməyə çağırıb. Bu barədə Komitənin noyabrın 27-də yaydığı bəyanatda deyilir.

Sənəddə Azərbaycan hakimiyyətinin Leyla Yunusun və digər siyasi məhbusların səhhəti haqqında həyəcanlı xəbərdarlıqlara reaksiya verməməsindən təəssüf bildirilir. .

Komitə növbəti dəfə hakimiyyəti qanunsuz olaraq həbsdə olan bütün siyasi məhbusları qeyd-şərtsiz azad etməyə çağırır. Bütün mümkün nəticələrə görə Əliyev rejimi məsuliyyət daşıyacaq, deyə bəyanatda qeyd edilir.

Öz növbəsində Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA agentliyinə bildirib ki, Leyla Yunusun səhhəti stabildir. “Həkim nəzarətindədir və səhhətində hər hansı təhlükə yoxdur”.

İ.Qurbanovun sözlərinə görə L.Yunusun qaraciyəri ilə bağlı müayinələr aparılıb: “Aparılan müayinələr qaraciyərin funksiyasının normal olduğunu göstərir. Buna baxmayaraq iki-üç gündür Leyla xanıma yenə də tibbi xidmətlər və müayinələr təklif olunur. Lakin o, bundan imtina edir”, o qeyd edib.

XS
SM
MD
LG