Accessibility links

Somalinin aclıq hökm sürən bölgəsinə yeni martşrutlar açılacaq


Somalinin aclıq hökm sürən bölgəsinə yeni martşrutlar açılacaq
Somalinin aclıq hökm sürən bölgəsinə yeni martşrutlar açılacaq

BMT-nin Ümumdünya Ərzaq Proqramının bildirdiyinə görə, Somalinin aclıq hökm sürən bölgəsinə yeni martşrutlar açılacaq. Belə ki, regiondakı döyüşçülər yardım əməliyyatlarına mane olur. Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Cozett Şiran bildirib ki, təşkilat aclıq çəkən insanlara yardımları hava və qurudan göstərəcək. Somalinin paytaxtı Moqadişuda danışan Şiran deyib ki, agentlik yardım işçilərinin təhlükəsizliyini də təminat altına alacaq. BMT bu həftə Somalinin Bakul və Aşağı Şabel regionlarında aclıq olduğunu elan edib. Somali əhalisinin demək olar ki, yarısı-3.7 milyon insan aclıq böhranı yaşayır. Bu regionların hər ikisi də Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şahab yaraqlı qrupunun istehkamıdır.

XS
SM
MD
LG