Accessibility links

Həmasın İsrailin cənubuna atdığı mərmilərə İsrail hava hücumları ilə cavab verib


Uzun müddət davam edən münaqişənin gərginləşdiyi bir vaxt İsrail döyüş təyyarələri Qəzzada dörd yaraqlını qətlə yetirib. Qəzza zolağından isə İsrailin cənubuna xeyli sayda raket atılması bir neçə insanın yaralanmasına səbəb olub.

İsrail ordusu çərşənbə günü ölkənin cənubuna ən az 68 raket və mərmilərin atıldığını bildirib. Nəticədə Qəzza sərhədinə yaxın ərazilərdə çalışan bir neçə xarici işçi yaralanıb, evlərə ziyan dəyib.

Çərşənbə axşamı gecə saatlarında həyata keçirilən hücum İsrail ərazisinə bir neçə raket endirilməsi ilə müşayiət olunub. Ehtiyyat tədbiri kim olaraq İsrail rəsmiləri sərhəd ərazidə yerləşən məktəbləri bağlayıb. Çərşənbə axşamı və Çərşənbə günü İsrail Qəzzaya hava hücumu ilə cavab verib. Nəticədə dörd fələstinli həlak olub, onlardan üç nəfər Qəzzanı idarə edən Həmas hərbi qruplaşmasının üzvləri olub. Hava hücumu nəticəsində bir neçə fələstinli yaralanıb.

Həmas və Xalq Müqaviməti Komitəsi raket hücumlarının məsuliyyətini üzərinə götürərək, bunu İsrailin təcavüzkarlığına qarşlı cavab olduğunu bildirib.

Qəzza-İsrail sərhədini atəşə tutan yaraqlılar bir İsrail əsgərini yaralayıb. İsrailin baş naziri Benjamin Netanyahu hücumlara kəskin münasibət bildirib.
XS
SM
MD
LG