Accessibility links

İsrail təyyarələrinin Azərbaycandakı bazalardan istifadəsi iddiaları medianın diqqət mərkəzindədir


Cümə axşamı günü Qərb xəbər agentlikləri və bəzi qəzetlər Çərşənbə günü Mark Perrynin “Foreign Policy Magazin” də dərc edilən təqribən on səhifəlik məqaləsinə istinadən Azərbaycanın İsrail təyyarələrinin öz hava bazalarından istifadəyə imkan verməsi haqqında məlumat yayıblar. Məlumata Britaniyanın “The Guardian” qəzeti və Qərbin etibarlı xəbər agentlikləri də yer veriblər. Agentliklər əsas olaraq yuxarıda sözügedən məqaləyə istinad edirlər.

Xatırladaq ki,Fransa Xəbər Agentliyi Azərbaycan Prezident Aparatının ictimai siyasət şöbəsinin müdiri Əli Həsənova istinadən İsrailə hava limanlarını açması barədə “Foreign Policy Magazin”-də verilən məlumatları inkar edib. AFP yazıb ki, Jurnalda dünən çap edilən ABŞ-ın çoxunun adı çəkilməyən yüksək vəzifəli diplomat, hərbi kəşfiyyat və pensiyada olan nümayəndələrinə istinad olunan məqalədə yazılır ki, İran sərhəddi yaxınlğındakı hava limanlarından istifadə İsrailin qırıcı təyyarələrinə İrandakı nüvə qurğularına zərbələr endirmək sahəsində logistic dəsdək təmin edəcək. Bunu da xatırladaq ki, İsrail və Qərb ölkəri İranın nüvə silahı əldə etməyə çalışdığına inanırlar. İran isə nüvə proqramının sülh məqsədli olduğunu deyir.

Azərbaycan rəsmisi Əli Həsənov isə bildirib ki, İsrail hərbi təyyarələrinin Azərbaycandakı bazalardan istifadə etməsi barədə yayılan şaiələr “Azərbaycanla İran arasındakı münasibətləri pozmaq məqsədi daşıyır.” Azərbaycan Müdafiyə Nazirliyinin nümayəndəsi də bu barədə yayılan xəbərləri absurd və cəfəngiyyat adlandırıb.

Son aylarda başverən bir neçə hadisə nəticəsində Azərbaycanla İran arasında münasibətlər olduqca gərginləşib və zahirdə gərginliyin aradan götürülməsi üçün Azərbaycan rəsmilərinin səfərləri, Azərbaycan mətbuatında bildirildiyinə görə, o qədər də uğurlu alınmayıb.

Prezident Aparatının ictimai-siyasət şöbəsinin müdiri Əli Həsənov və Müdafiyə Naziri Səfər Əbiyevin İranla münasibətlərin yaxşılaşdırılması üçün müəyyən fasilələrlə bu ölkələrə etdikləri səfərlərdən sonra qarşılıqlı dosluq bəyanatlarına baxmayaraq iki ölkə arasındakı əlaqələr daha da gərginləşib.

Bu yaxınlarda Azərbaycan bildirib ki, Bakıda İranın dəsdəyi ilə İsrail, ABŞ və başqa səfirliklərə qarşı hücumlar planlaşdırıldığını aşkar edib. İran belə bir əməliyyatla əlaqəsi olmasını danıb.

Fevral ayında isə İran bu ölkəin bir nüvə aliminin qətli ilə nəticələnən, maşında yerləşdirilmiş bomba partlayışını İsrail agentlərinin həyata keçirdiklərini və onların Azərbaycan ərazisindən keçərək, yəni Azərbaycanın köməyi ilə ölkələrinə qayıddıqlarını iddia edib. Bakı İranın bu iddiasını böhtan və yalan adlandırıb və beynəlxalq birlik iki ölkə münasibətlərində bəlkə də ən ciddi böhranlardan birinə şahid olub. Qarşılıqlı notalar verilib, hətta rəsmilərin çıxışlarında dilomatiyada ümumiyyətlə istifadə olmayan bəyanatlar səslənib.

İsrail qəzetləri də bu ölkə təyyarələrinin İrana qarşı bir hava hücumunda Azərbaycandakı bazalardan istifadə edəcəyi barədə xəbərlər yayıb.

Qeyd edək ki, “Foreign Policy Magazin” də çoxlu qəzet və agentliyin istinad etdiyi məqalə də Azərbaycan rəsmilərinin bu ölkə arazisindən başqa ölkələrə qarşı hücum təşkil edilməsinə imkan verməyəcəkləri barədə bəyanatlarına da yer verib. Məqalədə deyilir ki, Azərbaycan bu öhdəliyini yerinə yetirsə belə İsrailə əsaslı yardımlar göstərə bilər. Onların bəyanatlarında İsrail təyyarələrinin Azərbaycanda yerə enməsi və ya bu ərazilərdən axdarış-xilas əməliyyatları üçün istifadə etmələrinin istisna olunması barədə bir söz deyilməyib.

Məqalə ondan çox ABŞ diplomatı, pensiyadakı hərbçi və kəşfiyyat nümayəndələrinin dediklərinə istinad etsə də onların çoxunun adını çəkmir. Məqalədə ABŞ rəsmilərinin İsraillə Azərbaycanın iddia olunan belə bir sövdələşməyə getməklə İsrailin İranı vurma təhditlərinin həyata keçə biləcəyi barədə çox narahat olduqlarına da bir neçə dəfə yer verilib.

Britaniyanın The Guardian qəzeti isə, “İsrail və Azərbaycan: ehtimal olunmayan müttəfiqlər” başlıqlı məqaləsində yazır yuxarıdakı jurnalın verdiyi xəbərə istinad edərək yazır ki, İsrail Azərbaycanla möhkəmlənmiş müttəfiqliyi nəticəsində bu ölkə təyyarələrinin İranın şimal ərazilərinə çıxışına imkan verəcək hava bazalarından istifadə imtiyazı əldə edib. İsrail də bu barədə xəbərlərin təstiqindən imtina edib. Xəbərdə yazılır ki, ABŞ- ehtiyat edir ki, bu iddia İranla-İsrail arasındakı münasibətləri daha da gərginləşdirə bilər və başverə biləcək bir müharibəyə qafqazlarında daxil olmasına gətirib çıxarda bilər. Qəzet jurnaldakı məqalənin müəllifi Perry-yə istinadən yazır ki, ABŞ kəşfiyyat mənbələri ona deyiblər ki,

“Biz İranın nə eydiyini yaxından izləyirik. İndi isə biz İsrailin Azərbaycanda etdiklərini izləyirik və bunlar barədə xoşəhval deyilik.”



XS
SM
MD
LG