Accessibility links

Politoloq İran-Azərbaycan münasibətlərinin daha da gərginləşəcəyini düşünür (Audio)


Politoloq İran-Azərbaycan münasibətlərinin daha da gərginləşəcəyini düşünür (Audio)
Politoloq İran-Azərbaycan münasibətlərinin daha da gərginləşəcəyini düşünür (Audio)

Milli Məclisin keçmiş deputatı İran-Azərbaycan münasibətlərinin gələcəyini gərgin görür. Onun fikrincə, İran Amerika və Avropa İttifaqının müttəfiqi Azərbaycanı hədəf seçib.

Milli Məclisin keçmiş deputatı, politoloq Gültəkin Hacıbəyli Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan-İran münasibətlərindən danışıb.

Onun fikrincə, İran ağır siyasi situasiyaya düşüb. Beynəlxalq təcridlə üzləşən ölkədə iqtisadi və maliyyə durumu sürətlə pisləşməkdə davam edir. Amerika və Avropa ölkələrinin sanksiyaları ilə üzləşən İran hakimiyyəti bu ölkələrin müttəfiqi Azərbaycanla münasibətlərini gərginləşdirir. “İran hakimiyyəti Amerika və Avropa İttifaqının sanksiyaları və tənqidləri qarşısında Azərbaycanda terrora cəhd etməyə çalışır. Çünki Azərbaycan qərbin müttəfiqləri arasında zəif həlqədir”.

Politoloq İranda son zamanlar azərbaycanlıların da çoxsaylı təzyiqlərə məruz qaldığını deyib. “Son zamanlar öz vətəndaşları olan onlarla azərbaycanlını başqa ölkənin xeyrinə məlumat toplamaq, casusluq ittihamı ilə həbs edir”, - deyə o qeyd edib. Xanım Hacıbəyli Azərbaycanın BMT –də Suriyanın əleyhinə səs verməsini düzgün sayır. Bu Azərbaycanın birmənalı qərb mövqeli olduğunu təsdiq etdi. “Suriyaya qarşı olmaq, həm də İran qarşı olmaqdır. Çünki, Suriyanın yeganə müttəfiqi İrandır”.

Mövzuya uyğun

XS
SM
MD
LG