Accessibility links

Sülh Korpusunun təsisindən 50 il keçir

  • Nərminə Cəlalqızı

Sülh Korpusunun təsisindən 50 il keçir

Sülh Korpusunun təsisindən 50 il keçir

Prezident Con Kennedi "Sülh Korpusu"nu 50 il bundan əvvəl ABŞ-ın başqa ölkələrlə sülh və dostluq şəraitində olması üçün yaratdı

50 il bundan əvvəl prezident Con Kennedi Birləşmiş Ştatların başqa ölkələrlə sülh və dostluq şəraitində olması üçün Sülh Korpusunu yaratdı. Sülh Korpusunun könüllüləri 1962-ci ilin avqust ayında ilk dəfə Afrikaya yola düşdülər. O vaxtdan bəri bu təşkilatın səhiyyə işçiləri, müəllimlər, texniki işçiləri də daxil olmaqla dünyanın müxtəlif ölkələrində 200 minə qədər könüllüsü var.

1962-ci ilin avqust ayında prezident Kennedi Sülh Korpusunun Afrikaya yola düşən ilk könüllülərini salamladı. “Burada əsas məsələ sizin bu addımı vətənimiz üçün, ölkəmizin sülh və anlaşma şəraitində olması üçün atmanızdır. Mən düşünürəm ki, amerikalılar sizinlə fəxr etməlidirlər.”

Könüllülər əsasən 20 yaşdan yuxarı tələbələr idi. Barbara Co bu təşkilata daxil olanda 62 yaşı var idi. “Mən 1961-ci ildən bəri, günlərin birində Sülh Korpusuna yazılmaq isətyirdim. Lakin bizim uşaqlarımız oldu, yaşadığımız yerdən köçməli olduq, sonra mən oğlumu itirdim. Sonra belə bir qərara gəldim ki, artıq bunu etmək vaxtıdır” -deyə Barbara bildirir.

11 il bundan əvvəl Co könüllü olaraq Hondurasa getdi və bu təcrübə ona başına gələnlərin, yaralarının sağalmasına yardım etdi. Barbara Hondurasda uşaqlarını itirmiş valideynlərə yardım edirdi. O, Hondurasda işləməyin çox çətin olduğunu desə də, orada əlavə iki il də qalmağa razı oldu. O, özünün təcrübəsindən istifadə edərək, “Ümid və Zəfər” adlı kitab yazdı. Co kitabında işlədiyi Honduras kənlərindən bəhs edir.

Co təşkilatdakı könüllülərdən yalnız 7 faizinin 50 yaşdan yuxarı olduğunu və yaşlıların Korpusa gələcəklərinə ümid etdiyini deyir.

Emili Doerr Korpusda işə kolleci bitirdikdən sonra başlayıb. 4 il bundan əvvəl onu Maliyə göndəriblər və o, kənddə yaşayıb. Emili onların dilini öyrənib və kəndlilərə düzgün qidalanma yollarını öyrədib. “Sülh Korpusunun könüllülərinin təsirini gücləndirən amil onların yaşadıqları məkana inteqrasiya etməsi və orada yaşayan insanların dilində danışması, oxşar paltarlar geyməsi və cəmiyyətdə əriməsidir.”

O, buraya idealist kimi gəldiyini, lakin sonradan realist olduğunu deyir. Emili deyir ki, Sülh Korpusunda çalışdıqdan sonra ona beynəlxalq təşkilatlarda iş tapmaq asan oldu. Hal-hazırda o, Beynəlxalq İnkişaf Agentliyində çalışır.

Barbara Co isə Vaşinqtonda ispan dili tərcüməçisidir. O, Hondurasa tibbi ləvazimat daşıyan yardım qrupu ilə birlikdə demək olar ki, hər il qayıdır.

Sülh Korpusu Barbara və Emilinin həyatlarını tamamilə dəyişdi. Onlar bu təşkilatın digərlərinin də həyatlarını dəyişəcəyinə ümid etdiklərini deyirlər.

XS
SM
MD
LG