Accessibility links

Suriya qüvvələri iki regionda reydlər keçiriblər

  • Amerikanın səsi

Suriya qüvvələri iki regionda reydlər keçiriblər

Suriya qüvvələri iki regionda reydlər keçiriblər

Fəallar deyirlər ki, güllə yağışının müşayiəti ilə tanklar və zirehli maşınlar səhər erkən Latakiya şəhərinə daxil olub. Burada onlar azı iki adamı öldürmüş, bir neçəsini yaralamışlar. Latakiyada iri anti-hökumət nümayişlərin təşkil olunduğu bildirilir.

Livanla sərhəddəki Qusayr regionunda aparılan reyd nəticəsində azı bir adam həlak olub.

Cümə günü şahidlər təhlükəsizlik qüvvələrinin ölkə boyu azı 19 adamı öldürdüklərini deyir. Prezident Bəşar əl-Əsədə sadiq qüvvələr son günlərdə nümayişçilərə basqıları intensivləşdiriblər.

Bu gün ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanı kralı Abdullah prezident Bəşar əl-Əsədi basqılara dərhal son qoymağa çağırıblar. Ağ Evin açıqladığı bəyanatda Suriya hökumətinin vətəndaşlara qarşı "qəddar zorakılıq kampaniyası" pislənilib.

ABŞ dövlət katibi Hillari Klinton cümə günü Suriyaya dəstək verən ölkələri tarixin düzgün tərəfinə keçməyə çağırıb. O, habelə bu dövlətləri Suriyadan neft-qaz alqısını dayandırmağa çağırıb.

Xanım Klinton Əsəd hökumətinə təzyiqləri artırmaq üçün diplomatik səyləri davam etdiridiyini bildirib. O, israr edib ki, Suriya lideri legitimliyini itirib, lakin Əsədin hakimiyyətdən getməsinə çağırmayıb. Hillari Klinton Əsədin hakimiyyətdən getməsinə çağırışın beynəlxalq səylər çərçivəsində edilməsinə tərəfdar çıxıb.

XS
SM
MD
LG