Accessibility links

Suriyada on min fələstinli yoxa çıxıb


Suriyada on min fələstinli yoxa çıxıb
Suriyada on min fələstinli yoxa çıxıb

BMT agentliyi bildirir ki, 10,000-ə yaxın fələstinli Suriyanın liman şəhəri Latakiyadan qaçdıqdan sonra yoxa çıxıblar. Ötən gün ərzində hökumət qüvvələri bu ərazidə qanlı zorakılıqlar törədib.

BMT Xilas və İşlər Agentliyinin sözçüsü Kristofer Qannes Amerikanın Səsinə bildirib ki, şiddətli atəş yağışı altında qaçqınlar düşərgəni tərk ediblər və onların hara üz tutduqları məlum deyil.

O, tibbi klinika, məktəblər və gənclik proqramlarının yerləşdiyi düşərgəyə çıxış əldə etməyi tələb edərək humanitar yardım işçilərinin ehtiyacı olanlara yardım edə bilməsinin vacibliyini vurğulayıb.

Agentlik çıxış üçün xahişinə cavab almadığını deyir, lakin Qannes bunun yaxın 1-2 gündə baş verəcəyinə ümidini ifadə edib.

XS
SM
MD
LG