Accessibility links

Bir həftədir qüvvəyə minən atəşkəsə baxmayaraq, Suriyanın hökumət qüvvələri Homs şəhərində hücumları davam etdirir. Britaniyada yerləşən Suriyanın İnsan Hüquqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, Əl-Əsəd qüvvələri bu mərkəzi şəhərdə həftələrdir artilleriya hücumları həyata keçirir. Bildirildiyinə görə, 9 mülki vətəndaş öldürülüb. Suriya hökiməti isə terrorçulara qarşı adlandırdığı hücumlara bəraət qazandırır.

BMT-nin baş katibi Ban Ki Mun sülhün bərqərar edilməsi səylərini gücləndirib. O, 250 müşahidəçidən ibarət komandanın səylərinin kifayət etmədiyini bildərərək, Avropa İttifaqından təyyarə və vertolyotlarla yardım etməsini istəyib. Suriyanın xarici işlər naziri Ərəb Liqasının nümayəndəsi Kofi Annanın sülh planına riayət və müşahidəçi qrupu ilə əməkdaşlıq ediləcəyinə söz verib.

XS
SM
MD
LG