Accessibility links

Suriyanın vədinə əməl etməməsinə cavab variantları nəzərdən keçirilir

  • Amerikanın səsi

Suriyanın vədinə əməl etməməsinə cavab variantları nəzərdən keçirilir

Suriyanın vədinə əməl etməməsinə cavab variantları nəzərdən keçirilir

Suriyanın təhlükəsizlik qüvvələri Ərəb Liqası ilə zorakılıqlara son qoyulması razılığına baxmayaraq, nümayişiçlərə qarşı zorakılıqları davam etdirir. Razılığa əsasən Suriya hökuməti qüvvələri küçələrdən yığmalı, siyasi məhbusları azad etməli və müxalifətlə müzakirələrə başlamalı idi. Noyabrın 12-si Ərəb Liqası bir araya gələrək, Suriyanın vədinə əməl etməməsinə cavab variantlarını nəzərdən keçirəcək.

ABŞ Dövlər Departamentinin sözçüsü Viktoria Nuland deyib ki, son bir necə gün ərzində təhlükəsizlik qüvvələri tərəfindən onlarla adam öldürülüb ."Noyabrın 4-dən 6-dək 71 mülki vətəndaş qətlə yetirilib. Ölüm halları əsasən Homs vilayətində qeydə alınıb. Rejimin insnalrın evlərinə tanklarla hücum edildiyi barədə məlumatlar alırıq".

Suriyanın müxalif Milli Şurası Əsəd qüvvələrinin Homs vilayətinə ərzaq və tibbi yardım daşınmasına, əhalinin təhlükəsiz bölgələrə köçməsinə mane olduğunu bildirir. Şura beynəlxalq ictimaiyyətdən vətəndaşlarn müdafiə edilməsini istəyib.

ABŞ Dövlər Departamentinin sözçüsü Viktoria Nuland deyib ki, əsasən Suriyanın qonşuları olmaqla, dünya ölkələri Əsəd rejiminə siyasi və iqtisadi təzyiqlər göstərməlidir. Bu yolla zorakılıqlar dayandırılmalı və demokratiyaay keçid təmin edilməlidir. " Suriya ilə ticarət əlaqələrinin kəsilməsi sahəsində daha çox ölkənin bizə qoşulmasını istəyirik".

ABŞ dövlət katibi Hİllari KLinton bildirib ki, xalqı silahla gələcəkdən çəkindirənlər bilməlidir ki, onların silahlarının sayı məhduddur. Suriyaya gəldikdə isə xanım Klinton Əsədin dəyişiklikləri gecikdirə biləcəyini, lakin xalqın tələbini sonsuzadək susdura bilməyəcəyini deyib. "O, istefa verməlidir. Bunu eyməyincə ABŞ, və beynəlxalq ictimaiyyət ona və onun rejiminə qarşı təzyiqləri davam etdirəcək".

XS
SM
MD
LG