Accessibility links

Müxalifət Suriyanın Ərəb Liqasından çıxarılmasını tələb edir (Yenilənib)


Müxalifət Suriyanın Ərəb Liqasından çıxarılmasını tələb edir (Yenilənib)
Müxalifət Suriyanın Ərəb Liqasından çıxarılmasını tələb edir (Yenilənib)

İnsan haqları müdafiəçiləri bu gün ölkə boyu keçirilən etiraz nümayişləri zamanı hökumət qüvvələrinin çoxu Homs şəhərində olmaqla, 13 nəfəri qətlə yetirdiyini bildirib.

Suriya lideri Bəşar Əl-Əsədə müxalif qüvvələr bu gün bütün ölkə boyu keçirilən nümayişlərdə Suriyanın Ərəb Liqası üzvlüyündən çıxarılmasını tələb ediblər. Suriyadakı narahatlıqları müzakirə etmək üçün 22 üzvü olan təşkilat sabah Qahirədə bir araya gələcək. Bu qərara Suriya hökumətinin zorakılıqlara son qoyulması barədə razılığa əməl etməməsindən sonra gəlinib.

Bu ayın əvvəlində Suriya hökuməti təhlükəsizlik qüvvələrini küçələrdən yığışdırmağa və müxalifətlə danışıqlara getməyə razılıq vermişdi.

XS
SM
MD
LG