Accessibility links

Suriya prezidenti nümayişlərin dağıdılmasını müdafiə edib (YENİLƏNİB)

  • Amerikanın səsi

Suriya prezidenti nümayişlərin dağıdılmasını müdafiə edib (YENİLƏNİB)

Suriya prezidenti nümayişlərin dağıdılmasını müdafiə edib (YENİLƏNİB)

Suriya prezidenti Bəşar əl-Əsəd bu gün milli televiziya vasitəsilə çıxışında siyasi iğtişaşların yatırılmasını müdafiə edib və Qərb ölkələrinin tənqidlərinin onun üçün əhəmiyyət kəsb etmədiyini deyib. O, təhlükəsizlik qüvvələrinin 5 aydır sürən üsyana qarşı mübarizədə inkişafa nail olduğunu deyib.

Prezident Əsəd üsyana görə narahat olmadığını deyib və ölkəsinə qarşı hər hansı hərbi müdaxilə ilə bağlı xəbərdarlıq edib. Suriya prezidenti islahatlar planının təqdim ediləcəyini bir daha təkrar edib və altlı ay ərzində Suriya milli məclisinə seçkilər keçiriləcəyini deyib. O əlavə edib ki, yeni siyasi partiyaların yaradılması haqda qanunlar bir neçə gün ərzində hazır olacaq və yeni partiya yaratmaq istəyən insanlar 45 gün ərzində komitəyə müraciət edə biləcəklər.

ABŞ, Avropa İttifaqı və digər Qərb ölkələri cənab Əsədin hakimiyyətdən getməli olduğunu bildirib.

BMT-nin İnsan Hüquqları ofisi keçən həftə bildirib ki, cənab Əsədin təhlükəsizlik qüvvələrinin mülki əhaliyə qarşı geniş və sistemli hücumları bəşəriyyətə qarşı cinaət hesab edilə bilər. Təşkilatın İnsan Hüquqları ofisinin rəhbəri Navi Pillay Təhlükəsizlik Şurasına Suriyada vəziyyətlə əlaqədar məsələnin Haaqada Beynəlxalq Cinayətlər Məhkəməsinə çıxaracağını bildirib.

XS
SM
MD
LG