Accessibility links

Ərəb Liqası Suriyaya təzyiqləri artırır (YENİLƏNİB)

  • Amerikanın səsi

Suriyanın Xarici İşlər naziri Valid Əl-Muallim

Suriyanın Xarici İşlər naziri Valid Əl-Muallim

Ərəb Liqasının nümayəndələri Suriya hökumətinin müxalifətin etiraz nümayişləri dağıdılan zaman mülki vətəndaşların qətlinə son qoymasını tələb etmək üçün bu gün Qətər paytaxtında Suriya xarici işlər naziri ilə görüşüb.

Əl-Ərəbiyyə televiziyasının verdiyi məlumata görə, Qətərin xarici işlər naziri Suriya təhlükəsizlik qüvvələrinin silahlız mülki vətəndaşlara atəş açmamasına dair Ərəb Liqasının mesajını suriyalı həmkarı Valid Əl-Muallimə çatdırıb.

Suriya Xarici İşlər nazirinin beynəlxalq ictimaiyyəti Suriyada vəziyyətlə bağlı onun sözlərilə, "mediada verilən yalanlara artıq reaksiya vermək"də ittiham etdiyi bildirilir.

22 üzvü olan Ərəb Liqası fəalların Suriya təhlükəsizlik qüvvələrinin cümə günü hökumət əleyhinə nümayiş zamanı onlarla nümayişçiyə güllə atıb öldürdüyünü deməsindən sonra Suriyanı daha kəskin tənqid etməyə başlayıb.

Nümayişçilər mülki vətəndaşları hücumlardan qorumaq üçün Qərbi Suriya üzərində uçuşlara qadağa zonası tətbiq etməyə çağırıb. Suriya prezidenti Bəşar Əl-Əsəd Britaniyanın Sunday Telegraph qəzetinə verdiyi müsahibədə deyib ki, Qərbin Suriyaya hər hansı bir şəkildə müdaxiləsi ölkəni “daha bir Əfqanıstan”a çevirəcək.

XS
SM
MD
LG