Accessibility links

Dəməşqdə dəfn mərasimi Əsədə dəstək nümayişinə çevrilib (YENİLƏNİB)

  • Amerikanın səsi

Dəməşqdə dəfn mərasimi Əsədə dəstək nümayişinə çevrilib (YENİLƏNİB)

Dəməşqdə dəfn mərasimi Əsədə dəstək nümayişinə çevrilib (YENİLƏNİB)

Suriyada cümə günü qoşa intihar hücumu zamanı həlak olmuş 44 insanın dəfn mərasimi prezident Bəşar Əl-Əsədə böyük dəstək nümayişinə çevrilib.

Minlərlə insan ölənlərin Suriya bayraqlarına bürünmüş cəsədlərinin yerləşdirildiyi Ömeyyad məscidində dəfn mərasiminə qatılıb. Dəfnə toplaşmış insanların çoxu prezident Əsədə dəstək şüarları bağırıb və Suriya liderini hökumət əleyhinə nümayişləri dağıtdığına ən çox tənqid edən ərəb ölkəsi olan Qətəri qınayıb.

Suriya hökuməti Dəməşqdə təhlükəsizlik qüvvələrinin yerləşdiyi iki məntəqədə intiharçı hücumu nəticəsində 166 adamın müxtəlif xəsarət aldığını bildirir. Bu, cənab Əsədin 11illik avtokratik hakimiyyətinə qarşı mart ayında üsyan başlayandan ölkədə ilk belə hücumdur. Suriya ordusunun bəzi hərbçiləri ordudan xalqın tərəfinə keçərək Əsəd tərəfdarlarının əleyhinə döyüşmüşlər.

Hələlik cümə günü qoşa bomba hücumlarının məsuliyyətini öz üzərinə götürən olmayıb. Ərəb Liqasının Baş katibi Nabil Ələrəbi açıqladığı bəyanatda hücuma görə məsuliyyət daşıyanlarl qınayıb. Ərəb Liqasının rəsmiləri bildirir ki, hücumlar təşkilatın müşahidəçi missiyasının Suriyada hökumətin nümayişçilərin təqibinə son qoyduğunu yoxlama qüçün işinə mane olmamalıdır.

Suriya hökuməti hücumlara görə Əl-Qaidəni günahlandırıb. Lakin müxalifət fəalları hökumətin üsyanın arxasında terrorçuların dayandığını Ərəb Liqasına sübut etmək üçün bu hücumları özünü təşkil etdiyini bildirir.

XS
SM
MD
LG