Accessibility links

Tayvanda HİV-ə yoluxmuş xəstədən beş adama orqan transplantasiyası edilib

  • Amerikanın səsi

Tayvanda HİV-ə yoluxmuş xəstədən beş adama orqan transplantasiyası edilib

Tayvanda HİV-ə yoluxmuş xəstədən beş adama orqan transplantasiyası edilib

Tayvanın səhiyyə rəsmiləri HİV virusuna yoluxmuş xəstədən beş adama orqan transplantasiyasına icazə verildikdən sonra ölkənin aparıcı hospitalı üzərində təhqiqata başlayıblar.

Səhiyyə Nazirliyinin rəsmiləri deyirlər ki, onlar Taypeydə yerləşən Milli Tayvan Universitetinə nə kimi cərimələrin tətbiq edilməsi haqda qərara istintaq başa çatdıqdan sonra gələcəklər.

Nazirlik hospitala çərşənbə axşamınadək insidentlə bağlı bütün detalları təqdim etmək üçün möhlət verib.

Tibbi müəssisə etiraf edib ki, həkimlər donorun statusu haqda telefon mesajını düzgün anlamamış, transplantasiya əməliyyatına başlamazdan əvvəlk test nəticələrini yoxlamamışlar.

XS
SM
MD
LG