Accessibility links

Zülfiyyə Mustafayeva: Azərbaycanda HİV xəstələri çoxalır

  • Nərminə Cəlalqızı

Zülfiyyə Mustafayeva: Azərbaycanda HİV xəstələri çoxalır

Zülfiyyə Mustafayeva: Azərbaycanda HİV xəstələri çoxalır

“Hüquqi İnkişaf və Demokratoya İctimai Birliyi”nin sədri Zülfiyyə Mustafayeva ilə Azərbaycandakı vəziyyətlə bağlı söhbət

Qeyri-hökumət təşkilatı olan “Hüquqi İnkişaf və Demokratoya İctimai Birliyi”nin sədri, Zülfiyyə Mustafayeva Azərbaycanda HİV xəstəliyinin yayılması və bununla xəstəliklə mübarizə barədə Amerikanın Səsinə məlumat verib.

Zülfiyyə Mustafayeva 1987-ci ildən, Azərbaycanda QİCS virusunun aşkarlandığı vaxtdan bəri həm dövlət, həm qeyri-hökumət təşkilatları, həm də beynəlxalq qurumlar tərəfindən bir sıra profilaktik və maarifləndirici tədbirlərin həyata keçirildiyini dedi. Zülfiyyə xanım son 9 ayın statistikasına görə respublikada HİV virusu olan 3 000 nəfərin rəsmi qeydiyyatdan keçdiyini bildirdi. Lakin o, ekspertlərin ölkədə virusa yoluxanların sayının daha çox olduğunu düşündüklərini dedi. Bunun isə insanların könüllü olaraq müayinədən keçməməsi, xəstəlik haqda lazımi məlumatları olmaması və ümuniyyətlə bu virusun insanları vahiməyə salması səbəbindən olduğunu bildirdi.

Zülfiyyə Mustafayeva xəsətliyin yayılma səbəblərindən danışdı və Azərbaycanda bu xəstəliyə qarşı mübarizə tədbirlərinin bir neçə istiqamətdə aparıldığını dedi. O, Azərbaycanda xəstəliyin kişilər arasında daha çox yayıldığını və hal-hazırda qadınlarda da artmaqda olduğunu dedi.

Zülfiyyə xanım xəstəliyin qarşısının alınması üçün təcili olaraq, hətta məktəblərdə, yeni evlənənlər üçün və digər sahələrdə maarifləndirmə tədbirlərinin keçirilməli olduğunu, insanların könüllü olaraq müəyinədən keçməyə təşfiq edilməli olduğunu bildirdi. Zülfiyyə Mustafayeva onu da əlavə etdi ki, artıq 800 xəstə müalicə alır və qalanlarının da müalicəsi, insan ömrünün uzadılması üçün Azərbaycan hökuməti yardım etməlidir.

XS
SM
MD
LG