Accessibility links

Tunisdə seçki prosesi başlayır

  • Amerikanın səsi

Tunisdə seçki prosesi başlayır

Tunisdə seçki prosesi başlayır

Tunisdə keçmiş prezident Zine Əl-Abidin Ben Əlinin istefası ilə nəticələnmiş üsyandan sonra ölkədə ilk seçkilər üçün kampaniya açıq elan edilib. Ölkənin yeni konstitusiya layihəsini hazırlayacaq assambleyaya nümayəndələri seçmək üçün kampaniya şənbə günü başlayıb. Oktyabrın 23-ə təyin edilmiş səsvermə zamanı assambleyada təmsil olunmaq üçün rəqabət aparan 80-dən çox siyasi partiyadan nümayəndələr seçiləcək. Cənab Ben Əli yanvar ayında istefa verərək, regionda eyni etiraz dalğasına gətirib çıxarmış bir ay sürən üsyandan sonra Səudiyyə Ərəbistanına qaçmışdı. Tunis hökuməti onu iyul ayında qiyabi olaraq korrupsiya və hakimiyyətdən sui-istifadə etməkdə ittiham etmişdi. Onun ölkəni tərk etməsindən sonra tunislilər hökumətdə islahatlar uğrunda mübarizəni davam etdirmişlər.

XS
SM
MD
LG