Accessibility links

Tunisdə inqilabın ildönümü qeyd edilir


Tunisdə inqilabın ildönümü qeyd edilir
Tunisdə inqilabın ildönümü qeyd edilir

Tunisdə prezident Zine Əl-Abidin Ben Əlinin hakimiyyətdən getməsi və ərəb dünyasında inqilabların başlaması ilə nəticələnmiş üsyanın ildönümü qeyd edilir.

Paytaxt Tunusdə toplaşan minlərlə insan milli bayraqları dalğlandıraraq Ben Əlinin diktatora rejimindən qurtuluşu bayram edib. Yürüş şəhərin mərkəzi Burqiba küçəsində başlayıb.

Zine Əl-Abidin Ben Əli 2011-ci il yanvarın 14-də xalq hərəkatı başlayandan təxminən bir ay sonra ölkədən qaçmışdır. O, hazırda Suriyada sürgündə yaşayır.

BMT-nin Baş katibi Ban Ki Mun Tunis xalqının inqilab başlayandan əldə etdiyi nailiyyətlərə yüksək qiymət verib. O, BMT-nin Tunis xalqına dəstəyi davam etdirəcəyinə söz verib.

Tunis inqilabı Yaxın Şərqdə və Şimali Afrikada sonradan ərəb baharı adlandırılmağa başlayan xalq hərəkatlarına təkan vermişdir.Misir, Suriya, Bəhreyn, Yəmən, İordaniya və Liviyada insanlar avtokratik rejimlərin hakimiyyətdən devrilməsinə və islahatlara çağırmışlar.

XS
SM
MD
LG