Accessibility links

Türkiyə təhlükəsizlik qüvvələri 15 kürd qadın yaraqlını qətlə yetirib


Türkiyə rəsmiləri təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində hamısı qadın olmaqla 15 kürd yaraqlısını öldürdüyünü bildirir.

Daxili İşlər nazirliyinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri və PKK qrupunun üzvləri arasında toqquşma ölkənin əsas etibarilə kürdlərin yaşadığı Bitlis vilayətində baş verib. Nazirlik yerli mühafizəçinin də öldürüldüyünü bildirir.

Türkiyə, ABŞ və Avropa İttifaqının terrorçu qrup kimi tanıdığı PKK 1984-cü ildən hökumətə qarşı silahlı mübarizə apararaq, Türkiyənin cənub-şərqində muxtariyyət əldə etməyə çalışır. 28 illik münaqişə nəticəsində 40 mindən çox insan həyatını itirmişdir.

XS
SM
MD
LG