Accessibility links

Bu gün Türkiyə rəsmiləri uzaqdan idarə olunan bombanın hakim partiyanın İstanbul ofisi yaxınlığında partladıldığını deyib. Hadisə zamanı azı 16 nəfər xəsarət alıb. Onların əksəriyyəti polis zabiti olub. Polis rəisi Hüseyin Çapqın bildirib ki, bu gün səhər yol kənarında park edilmiş motosikletə bərkidilmiş partlayıcı qurğu yaxınlığından 21 polis zabitini daşıyan avtobus keçən an işə salınıb. Dövlət televiziyası təcili tibbi yardım və yanğınsöndürən maşınların hadisə yerinə gedən görüntülərini nümayiş etdirib. Partlayış polis avtobusu və yaxınlıqdakı avtomobillərə zərər yetirib. Partlayışın məsuliyyətini heç kim üzərinə götürməyib. Lakin PKK üsyançılarından şübhələnilir.

XS
SM
MD
LG