Accessibility links

Türkiyə Bəşar Əl-Əsədin istefasına çağıran dövlətləri bir araya gətirmək istəyir


Türkiyə Bəşar Əl-Əsədin istefasına çağıran dövlətləri bir araya gətirmək istəyir
Türkiyə Bəşar Əl-Əsədin istefasına çağıran dövlətləri bir araya gətirmək istəyir

Suriyada hökumət qüvvələrinin mülki vətəndaşları qətlə yetriməkdə davam etdiyi bir vaxt Türkiyənin baş naziri Rəcəp Təyyib Ərdoğan Suriya prezidenti Bəşar Əl-Əsədin istefasına çağıran bir sıra Qərb və ərəb dövlətlərini bir araya gətirmək və hökumətinin BMT-nin prezident Əsədə qarşı qərarına etiraz edən Rusiya prezidenti ilə də bu məsələ ilə bağlı müzakirə aparmaq istədiyini deyib.

Rusiyanın BMT Təhlükəsizlik Şurasında Əsədə qarşı yönəlmiş qətnamə layihəsinə veto qoyması çoxlarını qəzəbləndirib. Rusiya hələ də əsədin istefasını birinci şərt kimi qoyan sülh danışıqlarına etiraz edir.

Türkiyə mediasının bildirdiyinə görə, Ərdoğan hökuməti Qərb və ərəb dövlətlərinin nümayəndələri ilə yaxın zamanda İstanbulda konfrans keçirməyi planlaşdırır. NATO üzvü və regionda müsəlman qüdrəti olan Türkiyə Suriya qiyamçılarına ölkədə sığınacaq verib.

XS
SM
MD
LG