Accessibility links

Yuliya Timoşenko xəstəxanadan həbsxanaya qaytarılıb

  • Amerikanın səsi

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko xəstəxanada bel ağrısına görə müalicədən imtina etdikdən sonra yenidən Xarkov həbsxanasına qaytarılıb.

Timoşenkonun ofisinin bildirdiyinə görə, o, xəstəxanaya məcburən cümə günü aparılmışdı. Həbsxana müdiriyyətinin bildirdiyinə görə, Timoşenko qəti olaraq müalicədən imtina etdiyinə görə bazar günü həbsxanaya qaytarılıb.

Ukraynanın aparıcı müxalifət liderlərindən biri olan Yuliya Timoşenko səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunaraq yeddi il həbss cəzasına məhkum edilib.

Qərb ölkələr onun məhkum edilməsinin siyasi motivlərlə əlaqədar olduğunu bildirərək qərarı qınayıb.

Timoşenkonun onurğa sütununda problem olduğu bildirilir. Almaniya həkimləri onun xüsusi klinikada müalicə olmasını tövsiyə edib.

XS
SM
MD
LG