Accessibility links

Obama və Saakaşvili Ağ Evdə görüş keçirəcək


Obama və Saakaşvili Ağ Evdə görüş keçirəcək
Obama və Saakaşvili Ağ Evdə görüş keçirəcək

Bu gün Ağ Evdə ABŞ və Gürcüstan prezidentləri arasında görüş olacaq. Bu, prezident Barak Obama və prezident Mixail Saakaşvili arasında üçüncü görüşdür, lakin Gürcüstan liderinin ABŞ prezidentinin rəsmi dəvəti əsasında Amerikaya ilk gəlişidir.

Səfər Gürcüstan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə həyata keçirilir. Liderlərin görüşü zamanı Gürcüstan-Amerika münasibətləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Gürcüstan prezidentinin administrasiyasının verdiyi məlumata görə, iki ölkə arasında münasibətlərin bütün səviyyələrdə möhkəmləndirilməsi kimi bir sıra məsələlərin müzakirəsi yer alacaq.

Ağ Evin mətbuat xidmətinin verdiyi məlumatda görüş zamanı Gürcüstanda seçkilər, islahatların həyata keçirilməsi, habelə ABŞ və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq kimi bir sıra məsələlərin müzakirə ediləcəyi deyilir.

Bu arada, Gürcüstan müxalifətinin bəzi nümayəndələri Obama-Saakaşvili görüşündə İranla hərbi münaqişə baş verdiyi halda, Gürcüstan ərazisindən istifadənin mümkünlüyü məsələsinin müzakirə oluna biləcəyi haqda məlumat verib. Gürcüstanın Xarici İşlər nazirliyi məlumatı şərh etməkdən imtina edb.

ABŞ və Gürcüstan prezidentləri bundan öncə 2010-cu ildə Lissabonda NATO sammiti çərçivəsində, habelə 2011-ci ildə Vaşinqtonda Amerika diplomatı Riçard Holbrukun xatirəsinə həsr edilmiş mərasim zamanı görüşüblər.

XS
SM
MD
LG