Accessibility links

Vaslav Havel dünyasını dəyişib

  • Amerikanın səsi

Vaslav Havel dünyasını dəyişib

Vaslav Havel dünyasını dəyişib

Çexoslovakiyada kommunist rejiminə son qoyan dinc inqilabın banisi, sabiq prezident Vaslav Havel bu gün dünyasını dəyişib. 75 yaşlı Havel evində yuxuda ikən vəfat edib. Olduqca çox siqaret çəkən cənab Havel tənəffüs orqanları xəstəliyindən iztirab çəkirdi.

Çex respublikasının seçkilər yolu ilə hakimiyyətə gələn ilk prezidenti 1989-cu ildə Məxmər İnqilaba başçılıq etmişdi.
O, Çexoslovakiyanın azad bazar və demokratiyaya keçiridnə başçılıq etmiş, 1993-cü ildə ölkənin dinc yolla Çex respublikası və Slovakiyaya ayrılmasını təmin etmişdi.

2003-cü ildə Havel hakimiyyəti hər iki ölkənin Avropa İttifaqına üzv olmasından az əvvəl tərk etmişdi. Çex respublikasının 27 üzvlü qurumda və 1999-ci ildə NATO-da yer almasında onun xidmətləri yüksək qiymətləndirilmişdi.

XS
SM
MD
LG