Accessibility links

Vatslav Havel: Azadlığın Beynəlxalq Simvolu


Vatslav Havel: Azadlığın Beynəlxalq Simvolu
Vatslav Havel: Azadlığın Beynəlxalq Simvolu

Bütün uğurlu inqilabçılar kimi Havelin hakimiyyətə yolu məşəqqətlərlə dolu idi. Ən məşhur essesi kimi tanınan “Qüdrətsizlərin Qüdrəti”ndə Havel izah edirdi: “Adam ona görə dissident olmur ki, bir gün yuxudan ayılıb özünə nadir karyera seçməyə qərar verir. İnsanı bu burulğana onun şəxsi cavabdehlik hissi və xarici faktorların mürəkkəb qarışığı yuvarlayır. Sən mövcud strukturlardan xaricə atılıb onunla mübarizə aparmağa vadar olursan. İşini yaxşı görmək həvəsi ilə başlayan bir cəhd sonradan sənin “cəmiyyətin düşməni” elan olunmağınla sonuclanır.”

“Vatslav Havel heç zaman inancları uğrunda vuruşmaqdan usanmadı. Onun mübarizəsi kommunizmin devrilməsinə yardım etdi və Haveli azadlığın beynəlxalq simvoluna çevridi,” Yan Lopatka və Maykl Vinfri Reuters.com-da yazır. Varlı inşaatçı ailəsində doğulmuş Havel ali təhsil almaq imkanından məhrum edildikdən sonra pivəxanada işləməyə başladı. Erkən yaşlardan mübarizə apardığına görə Havel beş il kommunist zindanlarında məhbus oldu. Siqaretə qurşanmış Havel 75 yaşında vəfatına bais olan xronik ağ ciyər problemlərinə düçar oldu.

Dostları onu xeyli təvazökar və həbsdən qorxmayan bir adam kimi təsvir edirdirlər. “Hətta ilk baxışda heç bir siyasi təsirə malik olmayan moral bir addım vaxt keçdikcə böyük siyasi əhəmiyyət kəsb etməyə başlayır,” deyə Havel peyğəmbaranə şəkildə 1968-ci ildə Çexoslovakiya prezidenti Aleksandr Dubçekə yazırdı. 1970-ci illərdə kommunist hökumətin insan haqlarını pozmasnı tənqid edən Havel 300 minlik izdihamın başında duraraq Məxməri İnqilaba imza atdı.

Bütün uğurlu inqilabçılar kimi Havelin hakimiyyətə yolu məşəqqətlərlə dolu idi. Ən məşhur essesi kimi tanınan “Qüdrətsizlərin Qüdrəti”ndə Havel izah edirdi: “Adam ona görə dissident olmur ki, bir gün yuxudan ayılıb özünə nadir karyera seçməyə qərar verir. İnsanı bu burulğana onun şəxsi cavabdehlik hissi və xarici faktorların mürəkkəb qarışığı yuvarlayır. Sən mövcud strukturlardan xaricə atılıb onunla mübarizə aparmağa vadar olursan. İşini yaxşı görmək həvəsi ilə başlayan bir cəhd sonradan sənin “cəmiyyətin düşməni” elan olunmağınla sonuclanır.”

1960-cı illərdə Havel “Tvar” qəzetinin fəal iştirakçısına çevrilir. Ədəbi istedadına görə seçilən Havel qısa zaman kəsiyində dissident hərəkatına xeyli tərəfdar toplamağa nail olur. 1976-cı ildə hökumətin Plastik İnsanlar adlı rok qrupunu əzməsindən sonra Xartiya 77 hərəkatı meydana çıxır. Xartiya 77-nin üzvü və Havelin silahdaşı Petruska Sustrova Havelin həmişə son söz sahibi olduğunu, amma buna görə özünə kredit götürmədiyini deyir. Məhz onun bu xüsusiyyəti Haveli prezidentlik material edirdi. “O, prezident olmaq istəmirdi. O, daha çox istəyərdi ki pivəxanada oturub siyasi mübahisələri yoluna qoysun. O, hesab edirdi ki, siyasətə daxil olmaq onu həqiqi dünyadan ayıracaq,” deyə Sustrova bildirir.

Havel musiqiyə sevgisini və proqressivizmini özü ilə bərabər Praqa Qəsrinə də gətirdi. Prezident kimi danışıqlar aparmaq üçün Havel ayaqla getməkdənsə nəhəng qəsrin içərisində samokatda gedirdi. O, rok ulduzu Frank Zappanı 1990-cı illərdə mədəni məsələlər üzrə müşaviri olmağa dəvət etmişdi. Rolling Stone Paraqaya dəvət olunandan çex hökumətinin məşhur rok ansamblına ödəməyə pulu yox idi. Amma rokerlər Havel üçün bunu havayı etməyə də razı idilər. Havel Dalay Lama ilə də bərk dost idi. Bu ayın əvvəlində bir araya gələn liderlər Çin, Şimali Koreya, Suriya və başqa ölkələrdə dissidentləri dəstəkləyən sənədə imza atdılar.

Müstəqil və azad Çex Respublikasında Vatslav Havelin rəqibi iqtisadiyyat üzrə sağçı mütəxəssis Vatslav Klaus idi. Havel Klausun partiyasını tez-tez korrupsiyada ittiham edirdi. Bəzən Havel dissidentlərin bir vaxtlar uğrunda mübarizə apardıqları demokratik sivil cəmiyyətin bərqərar olmamasından gileylənirdi. Amma Havelin qurduğu dövlətin vətəndaşları bu baxışların xeyli pessimist olduğunu zənn edirdilər. 2003-cü ildə Klausun onu hakimiyyətdə əvəzləməsindən sonra Vatslav Havel siyasətdən çəkildi və tənqidçilərin müsbət rəyini qazanmış "Tərk Etmək” adlı dram pyesi yazdı.

XS
SM
MD
LG