Accessibility links

Vatslav Havelin cənazəsi Praqa kilsəsinə aparılıb

  • Amerikanın səsi

Vatslav Havelin cənazəsi Praqa kilsəsinə aparılıb

Vatslav Havelin cənazəsi Praqa kilsəsinə aparılıb

Çex respublikasının sabiq prezident Vatslav Havelin cənazəsi Praqa kilsəsinə aparılıb. Cümə günü sabiq lider torpağa tapşırılmalıdır. Ölkədə bayraqlar yarıya endirilib .Küçələrə çıxan minlərlə insanınəksəriyyəti qara geyib.

Dəfn mərasimində iştirak edıcək dünya liderləri arasında ABŞ dövlət katibi Hillari Klinton, Amerikanın sabiq prezidenti Bill Klinton, Almaniya kansleri Angela Merkel, İsrail prezidenti Şimon Peres və Fransanın dövlət başçısı Nikola Sarkozi yer alacaq.

75 yaşlı Havel evində yuxuda ikən vəfat edib. Olduqca çox siqaret çəkən cənab Havel tənəffüs orqanları xəstəliyindən iztirab çəkirdi.

Çex respublikasının seçkilər yolu ilə hakimiyyətə gələn ilk prezidenti 1989-cu ildə Məxmər İnqilaba başçılıq etmişdi.
O, Çexoslovakiyanın azad bazar və demokratiyaya keçiridnə başçılıq etmiş, 1993-cü ildə ölkənin dinc yolla Çex respublikası və Slovakiyaya ayrılmasını təmin etmişdi.

2003-cü ildə Havel hakimiyyəti hər iki ölkənin Avropa İttifaqına üzv olmasından az əvvəl tərk etmişdi. Çex respublikasının 27 üzvlü qurumda və 1999-ci ildə NATO-da yer almasında onun xidmətləri yüksək qiymətləndirilmişdi.

XS
SM
MD
LG