Accessibility links

Vladimir Putinin prezidentliyi dövründə Rusiyada 19 jurnalist qətlə yetirilib


Vladimir Putinin prezidentliyi dövründə Rusiyada 19 jurnalist qətlə yetirilib

Vladimir Putinin prezidentliyi dövründə Rusiyada 19 jurnalist qətlə yetirilib

Müstəqil nəzarətçi qrupu dünən iki rus tədqiqatçı jurnalist tərəfindən yazılmış kitabın təqdimatını keçirib

Nyu Yorkda qərargahlanan Jurnalistləri Müdafiə Komissiyası bildirib ki, Baş Nazir Vladimir Putinin prezidentliyi dövründə Rusiyada 19 jurnalist qətlə yetirilib. Müstəqil nəzarətçi qrupu dünən iki rus tədqiqatçı jurnalist tərəfindən yazılmış kitabın təqdimatını keçirib. Kitabda cənəb Putinin prezidentliyi dövründə təhlükəsizlik xidmətlərinin artması və bu xidmətlərin Rusiyada azad mətbuata hədələri barədə danışılır. Bu yaxınlarda Andrey Soldatov və İrina Boroqanın işiq üzü görmüş “Yeni Alicənablıq” adlı kitabı cənab Putinin prezidentliyi dövründə mətbuatın dövlət işçilərini tənqid etməsini ekstremizm anlamına aid etdiyi qanundan bəhs edir. Soldatov yüksək vəzifəli rus rəsmilərinin jurnalistləri susdurmaq üçün həbs və hüquqi təqibdən istifadə etdiklərini deyir. Soldatov: "Lakin sən leytenant, polkovnik, və ya mayor kimi qanun səviyyəli rəsmiyə hücum etsən bu daha təhlükəli ola bilər. Eyni problem yerli və regional hökumət rəsmiləri ilə də olur. Onlar o qədər idarəolunmazdırlar ki, hətta Kremil belə jurnalistlərə qarşı ən əzazil metodlardan istifadə edirlər." Əzazil metodlara sümük sınması, beyin zədələnməsi və ölümlə nəticələnən hücumlar daxildir. Andrey Soldatov qeyd edir ki, baş nazir Putin ilk Rusiya lideridi ki, qüvvəsinin əsası sırf təhlükəsizlik xidməti ilə əlaqədardır. O deyir ki, 1991-ci ildə Sovet dağılandan sonra FSB mümkün siyasi islahatlardan qorxaraq bir ara ictimayyətin fikrinə və jurnalistlərə diqqət yetirirdi. Təssüf ki, bu diqqət uzun sürmədi. Toplam 19 açıq qalmış və yaxşı araşdırılmamış jurnalist qətl hadisələri Rusiyada təhqiqatçı jurnalizmi susturmuşdur. Müəlliflər Novaya Gazeta buraxılışının ölkədə az sayda müstəqil səslərdən biri olduğunu bildiriblər. Hətta bu qəzetində bir neçə müxbiri qətlə yetirilib. Bunlara Moskvada dörd il əvvəl güllələnmiş Anna Politkovskaya daxildir. Lakin İrina Borogan qeyd edir ki, jurnalistlər FSB-nin daxilindən təşkilatın səhv işlər gördüyündən narazı olan aşağı rütbəli zabitlərin əli ilə məlumat toplaya bilirlər. Borogan: "Əsasən işdən azad edilmiş zabitlər jurnalistlər üçün daha sərfəlidirlər. Onların müdiriyyətlə bir çox problemləri var, və bu problemlərdən istifadə etmək olar. Eyni zamanda onlarda çox yaxşı məlumatlar olur." “Yeni Alicənablıq” kitabının müəllifləri deyirlər ki, Rusiya təhlükəsizlik xidmətinin klan mentalitetli və daxili qapadılmış strukturu zəif kəşfiyyat və əks-kəşfiyyat əməliyyatları ilə nəticələnib. Onlar əlavə edirlər ki, kəşfiyyatçılar Rusiya hökumətində hər yerdədirlər, və bütövlükdə dövlətin idarəetmə sisteminin effektivliyinə təsir göstərirlər.

XS
SM
MD
LG