Accessibility links

Yəmən müxalifəti kölgə hökuməti yaradıb

  • Amerikanın səsi

Yəmən müxalifəti kölgə hökuməti yaradıb

Yəmən müxalifəti kölgə hökuməti yaradıb

Yəmən müxalifətinin nümayəndələri prezident Əli Abdullar Salehin 33 illik hakimiyyətinə son qoymaq üçün müvəqqəti keçid şurası yaratdıqlarını bildirir. Müxalifət 17 üzvdən ibarət şuranın yaradıldığını bugün paytaxt Sənada elan edib. Bəzi yüksək səviyyəli vəzifələrə də namizədlərin adları göstərilib. Müxalifət keçmiş Müdafiə naziri general Abdulla Əli Əleyvanı silahlı qüvvələrin komandanı vəzifəsinə namizəd göstərib. Bu açıqlamalar minlərlə hökumət əleyhdarı nümayişçinin payatxtda və ölkənin digər şəhərlərində küçələrə çıxaraq, cənab Salehin istefasını tələb etməsindən sonra verilib. Prezident Saleh iyun ayında hücumdan sonra müalicə məqsədilə Səudiyyə Ərəbistanına gedib və indiyə qədər oradadır.

XS
SM
MD
LG