Accessibility links

Yəmənin cənubunda iki əsgər öldürülüb


Yəmənin cənubunda iki əsgər öldürülüb

Yəmənin cənubunda iki əsgər öldürülüb

Yəmən rəsmiləri bildirir ki, cənubda baş verən toqquşmalar nəticəsində iki əsgər həlak olmuş, bir neçə vətəndaş yaralanmışdır.

Cənubi Taiz şəhərində baş verən zorakılıqların detalları aydın deyil. Qəbilə üzvləri prezident Əli Abdullah Salehə sadiq əsgərlərlə artıq uzun müddətdir ki, vuruşurlar. Burada prezidentə qarşı etiraz aksiyaları beş aydır ki, davam edir.

Bu arada müxalifətə qoşulmuş general regional böhranın qarşısını almaq üçün xarici müdaxiləyə çağırıb.

General Əli Mohsen mart ayında nümayişçilərin tərəfinə keçmişdi.

XS
SM
MD
LG