Accessibility links

Satirik köşə yazarı Zamin Hacı Amerikanın Səsinə (www.amerikaninsesi.org) verdiyi müsahibədə deyib ki, o, iki ilə yaxındır N!DA Vətəndaş Hərəkatının üzvüdür. Zamin Hacı özünü N!DAnın yarı-aktiv üzvlərindən sayır. "Mən fəxri üzv deyiləm. N!DA üzvü olmağımla fəxr edirəm, çünki son vaxtlar hakimiyyətin repressiyasının əsas zərbəsi N!DAya dəyir" - deyə köşə yazarı bildirib.

N!DAnın gənclər yox, vətəndaş hərəkatı olduğunu vurğulayan Zamin Hacı deyir ki, orada yaş məhdudiyyəti də yoxdur: "Mənim 40 yaşım var. Bəzən iclaslarda mənim yaşımda adam olmur. Amma mən heç zaman insanların yaşlarına baxmamışam, əməllərinə baxmışam. Bu gənclərin də əməlləri məni həmişə sevindirib, oraya üzv olmaqdan da məmnunluq duymuşam".


Cənab Hacı N!DA üzvlərinin son həbslərinin qurama və yalançı həbslər olduğunu deyir. O bildirir ki, hətta Zaur Qurbanlını əvvəlcə tutublar, daha sonra barəsində cinayət işi açıblar. "Bu da onu göstərir ki, bu yuxarıdan, bəlkə də birbaşa prezidentin özündən gəlmiş bir göstərişdir" - deyə Zamin Hacı Amerikanın Səsinə müsahibəsində bildirib.

Zamin Hacı ilə müsahibədə həm də aşağıdakı suallara cavab tapa bilərsiniz?

- Zamin Hacı N!DA VH-yə nə üçün üzv olub?

- Digər üzvlərlə müqayisədə yaşının çox olması Zamin Hacının üzərinə əlavə məsuliyyət qoyurmu?

- Zamin Hacı son həbsləri
satirik obrazlı şəkildə necə ifadə edir?

- N!DA nə işlə məşğul olub ki, bu qədər aqressiv təzyiqlə üzləşib?

- N!DAnın adı nə üçün bəzi hallarda Müsavat partiyası və ya "El" Hərəkatı ilə yanaşı çəkilir?

- N!DA həmişə kimin yanındadır?
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG