Accessibility links

"Kapitolinin zəbti" yürüşü zamanı Ağ Evə tüstü bombası atılıb

  • Amerikanın səsi

"Kapitolinin zəbti" yürüşü zamanı Ağ Evə tüstü bombası atılıb

"Kapitolinin zəbti" yürüşü zamanı Ağ Evə tüstü bombası atılıb

"Zəbt" hərəkatına qoşulan yüzlərlə nümayişçi pulun siyasətdə roluna etiraz etmək üçün dünən Vaşinqton şəhərindəki Kapitoli binasının qarşısına toplaşıblar. Onlar "demokratiya budurmu, ikiüzlülükdürmü?" kimi şüarlar səsləndiriblər. Havanın soyuq və yağışlı olmasına baxmayaraq, nümayişçilər Nümayəndələr Palatasının tətildən qayıdan üzvlərini gözləyiblər.

Çox sayda polis "Kapitolini Zəbt Edək" yürüşü iştirakçılarının binaya daxil olmasının qarşısını almış və azı bir nəfəri həbs etmişlər.

Bundan sonra isə nümayiş iştirakçılarının Ağ Evə doğru irəklilədikləri, oraya çatdıqda isə kiminsə binanın çəpərindən tüstü bombası atdığı deyilir. İnsident zamanı xəsarət alanların olmadığı bildirilir.




XS
SM
MD
LG