Accessibility links

Wall Street-ə qarşı nümayiş keçirilir

  • Amerikanın səsi

Wall Street-ə qarşı nümayiş keçirilir

Wall Street-ə qarşı nümayiş keçirilir

Korporativ acgözlüyə etiraz etdiklərini deyən bir qrup adam bu gün Nyu Yorkun maliyyə məhəlləsində yürüş keçirib. Dünən eyni məkanda 700 adam Bruklin Körpüsünü keçməyə çalışarkən saxlanmışdılar.

"Wall Street-i Zəbt Edək" adlı qrup iki həftədir ki, ərazidə çadır salıb. Dünən koporativ acgözlüyə və sosial ədalətsizliyə qarşı çıxan izdiham Bruklin Körpüsünün bağlanmasına səbəb olmuşdu.

Nyu York polisi piyada yolundan saparaq körpünün maşınlara aid olan hissəsinə daxil olan nümayişçiləri həbs edib. Saxlanılanların böyük əksəriyyətinə xəbərdarlıq verildikdən sonra onlar azad olunublar.

XS
SM
MD
LG